Misirdә xalqın qiyamı davam edir

Misirdә xalqın qiyamı davam edir. SİA-nın xəbərinə görə, qadağan saatı elan edilmәsinә baxmayaraq aksiyaların vә polis ilә aksiyaçılar arasındakı toqquşmaların davam etdiyi ölkәdә talan hadisәlәrinin olduğu da müşahidә olunur.

Ölkәdә baş verәn hadisәlәrdә hәyatınıa itirәnlәrin sayı 100 nәfәri ötüb. Rәsmi açıqlamalara görә son iki gün әrzindә 62-dәn çox adam hәlak olub. Ancaq müstәqil mənbələr ölәnlәrin sayının 100-dәn çox olduğunu bildiriblәr.

Digәr tәrәfdәn 12 nәfәr Bibada, 5 nәfər dә Nasır şәhәrindә bir polis mәrkәzinә hücum etdiklәri zaman öldürülüb. Aksiyaçılar ilә tәhlükәsizlik qüvvәlәri arasındakı toqquşmalarda çox sayda adam da yaralanıb.

Aksiyaçılar Paytaxt Qahirәdә, Misir vergi idarәsinin mәrkәzi binasına od vurublar.

Kayyubiyә hәbsxanasından qaçan mәhkumların isә Qahirәyә yola düşdüklәri bildirilib. Misirin nüfuzlu iş adamlarından bәzilәri 10 tәyyarә ilә ölkәdәn ayrılıb. Min nәfәri turist olmaqla tәqribәn 2 min nәfәr ölkәdәn ayrılmaq üçün Qahirә hava limanında gözlәyir.

Misir dövlәt başçısı Hüsnü Mübarәk keçmiş kabinәti lәğv edәrәk yeni hökümәti formalaşrdırma işini mülki aviasiya üzrә keçmiş nazir Әhmәd Şәfikә tapşırıb. Mübarәk 30 ildәn sonra ilk dәfә bir prezident müavini də tәyin edib. Kәşfiyyat tәşkilatının rәhbәri General Ömәr Süleyman, dövlәt rәhbәrinin müavini vәzifәsini yeridәcәk

Bütün xəbərlər Facebook səhifəmizdə