Türkiyədə təhlükəli terrorçu məhv edilib!

Türkiyədə təhlükəli terrorçu məhv edilib!

Türkiyənin Siirt bölgəsindəki Baykan rayonu ərazisində keçirilən antiterror əməliyyatı nəticəsində “Camal” ləqəbli təhlükəli terrorçu Məhməd Yaman öldürülüb. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məhməd Yamanın ələ keçirilməsi üçün 600 min Türkiyə lirəsi (100 min ABŞ dolları) məbləğində mükafat ayrılmışdı. O, təhlükəli terrorçular sırasında axtarışda idi.

Bütün xəbərlər Facebook səhifəmizdə