Ankarada Türkiyə ilə ABŞ arasında Suriya böhranından çıxış yolları və strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri arasında keçirilən görüşdə Fərat çayının şərqində aparılan antiterror əməliyyatlarının vəziyyəti, Munbiçə dair yol xəritəsinin icrası, o cümlədən İŞID, PKK,YPG və PYD terror təşkilatlarının zərərsizləşdirilməsi, həmçinin Suriyanın ərazi bütövlüyünün qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin ABŞ Prezidenti Donald Trampın Türkiyə mümkün səfərini də müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB