Bu gün Qətər dövlətində Amerika Bİrləşmiş Ştatlarının (ABŞ) xüsusi səfiri Zalma Xəlilzadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Taliban” hərəkatı arasında danışıqların növbəti mərhələsinə start verilib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, danışıqlarda əsas məqsəd ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına nail olmaqdır.
Razılaşmaya əsasən, Xəlilzad bu gün “Taliban ” hərəkatının siyasi ofisinin rəhbəri Molla Abdul Qəni Baradarla görüşüb. Onlar Əfqanıstan probleminin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər.
Baradar görüşdən sonra bildirib: “Əvvəlki görüşlərdə müzakirə olunan 2 vacib məsələ - xarici qoşunların Əfqanıstandan çıxarılması və bu ölkə ərazisindən xoş olmayan niyyətlər məqsədilə istifadə edilməsinin qarşısının alınması məsələlərində tam razılığa gəlinib. Bu razılaşma problemin digər aspektlərinin həlli üçün yollar açır. Bütün məsələlərdə tam razılığa gəlinməsi üçün danışıqların intensiv davam etdirilməsi qərara alındı".
Bu görüş barədə Qətər dövləti tərəfindən heç bir məlumat verilməyib.
Qeyd edək ki, “Taliban” hərəkatı ilə danışıqların əvvəlki mərhələsi mart ayında keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB