Hindistanda partlayış olub 15 polis həlak olub

Hindistanda partlayış olub 15 polis həlak olub

Hindistanın şimal-şərqində yerləşən Manipur əyalətində polis qərargahı qarşısında partlayış törədilib. 15 polis həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terror aktı bir minalanmış maşının partladılması ilə həyata keçirilib.

Hindistan polisinin məlumatına görə xüsusi təyinatlı polislərdən 15-i həlak olub. Hadisənin əyalətdəki separatçı təşkilatlar tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Qeyd edək ki, Hindistanın şimal-şərqində Myanma ilə sərhəddə yerləşən Manipur əyaləti separatçı qrupların fəal olduğu bölgələrdəndir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə