Venesuelada toqquşmalar başladı

Venesuelada toqquşmalar başladı

Venesuelada toqquşmalar başlayıb

Venesuelada Xuan Quaydonun müdafiəsi məqsədilə müxalifətin ayağa qalxması artıq toqquşmalarla nəticələnib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Çakao rayonunda müxalifət hərəkatının qarşısını almaq məqsədilə hökumət gözyaşardıcı qazdan istifadə edib.

Çakao xəstəxanasından verilən məlumata görə, 30 nəfər rezin güllə yarası alıb, 16 nəfər zədələnib, 3 nəfər isə dəm qazından zəhərlənib.

Çakao polisi də baş verrmiş faktı təsdiqləyib. Lakin zəzərçəkənlərin dəqiq sayı barədə məlumat verməyib.

Qeyd edək ki, bu gün Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkə başçısı Nikolas Maduronu devirmək üçün “Azadlıq” əməliyyatının son mərhələsinə keçildiyini bildirib. O, öz tərəfdarlarını “Karlota” hərbi bazasının yaxınlığındakı avtomobil yolu yaxınlığında toplayıb. Müxalif lider orduya və vətəndaşlara Maduro hakimiyyətini yıxmaq üçün çağırış edib: “Milli Silahlı Qüvvələr doğru qərarı verib. Onlar Venesuela xalqının dəstəyinə güvənirlər”.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Venesuela ordusunu xalqın tərəfinə keçməyə çağırıb. Venesuela Müdafiə naziri isə ordunun sabitliyi və normal həyatı qoruyacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə