2017-ci ildə keçirilən Fransa gözəllik müsabiqəsinin ("Miss France") iştirakçısı Morqan Rollan traktorun altında qalaraq ölüb. Report xəbər verir ki, Luar departamentinin Voşe şəhəri yaxınlığında velosiped sürən 22 yaşlı qız qəflətən yola çıxan avtomobildən yayınmaq istərkən oradan keçən traktorun altında qalıb.
Morqan xəstəxanada dünyasını dəyişib. Hadisə zamanı başqa zərərçəkən olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB