Ankara Venesuelada hakimiyyətin qeyri-demokratik yolla dəyişdirilməsinin əleyhinədir.
SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu deyib. Onun sözlərinə görə, ölkədəki bütün problemləri dialoq yolu ilə həll etmək lazımdır.
Qeyd edək ki, bu gün Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkə başçısı Nikolas Maduronu devirmək üçün “Azadlıq” əməliyyatının son mərhələsinə keçildiyini bildirib. Müxalif lider orduya və vətəndaşlara Maduro hakimiyyətini yıxmaq üçün çağırış edib: “Milli Silahlı Qüvvələr doğru qərarı verib. Onlar Venesuela xalqının dəstəyinə güvənirlər”.
Məlumat üçün bildirək ki, Venesuelada hərbi çevrilişə cəhd edilir. Müxalifətə bağlı bir qrup hərbçi qiyam qaldırıb. Cəhdin qarşısının alınması üçün müqavimət göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB