“Maduronu devirməyin son mərhələsinə keçmişik”

“Maduronu devirməyin son mərhələsinə keçmişik”

Venesuelada özünü müvəqqəti prezident elan edən müxalif lider Xuan Quaydo hərbi çevrilişə cəhdlə bağlı açıqlama verib. SİA xəbər verir ki, X.Quaydo ölkə başçısı Nikolas Maduronu devirməyin son mərhələsinə keçildiyini bildirib. Müxalif lider orduya və vətəndaşlara Maduro hakimiyyətini yıxmaq üçün çağırış edib: “Milli Silahlı Qüvvələr doğru qərarı verib. Onlar Venesuela xalqının dəstəyinə güvənirlər”.

Qeyd edək ki, Venesuelada hərbi çevrilişə cəhd edilir. Müxalifətə bağlı bir qrup hərbçi qiyam qaldırıb. Cəhdin qarşısının alınması üçün müqavimət göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə