Şri-Lankada sosial şəbəkələrlə bağlı məhdudiyyət aradan qaldırıldı

Şri-Lankada sosial şəbəkələrlə bağlı məhdudiyyət aradan qaldırıldı

Şri Lanka hökuməti ölkədə baş verən terror aktlarından sonra sosial şəbəkələrdən istifadə edilə bağlı məhdudiyyəti aradan qaldırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məhdudiyyət ölkə prezidenti Maytripala Sirisenin Telekommunikasiya üzərində nəzarət Komissiyasına müraciətindən sonra aradan qaldırılıb.

Qeyd edək ki, Şri-Lanka hökuməti aprelin 21-də ölkədə baş verən terror aktlarında iştirak edənlər arasında məlumatların yayılmasının qarşısını almaq məqsədilə bütün böyük sosial şəbəkələrin bağlanmasını əmr etmişdi.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada 8 terror hadisəsi baş verib. Partlayışlar nəticəsində 250 nəfər həyatını itirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə