İspaniyanın “Vətəndaş” partiyası bazar günü ölkədə baş tutmuş seçkilərin qalibi olan sosialistlərlə koalisiya hökuməti qurmaqdan imtina ediblər.
SİA-nın məlumatına görə, “Vətəndaş” partiyasının sədri İnes Arrimadas bu barədə deyib: “Bizim partiyanın strategiyası bu andan etibarən dəyişir və biz müxalifətin əsas partiyası olmaq istəyirik”.
Buna bamayaraq, “Vətəndaş”çılar sosialistlərin “Podemos” partiyası üzvləri və müstəqil deputatlarla birgə hökumət quracaqlarına inandıqlarını bildiriblər.
Qeyd edək ki, İspaniyada bazar günü baş tutmuş parlament seçkilərində sosialistlər qalib gəliblər. Lakin onlar birpartiyalı hökumət qurmaq üçün tələb olunan 175 deputat yerini qazana bilmədiklərindən parlamentdə yer qazanmış digər partiyalardan biri ilə koalisiyaya girməyə məcburdurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB