İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkir əl-Bağdadi sosial şəbəkələrdə yayılmış videomüraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib. Bu barədə "Reuters" xəbər yayıb. Əbu Bəkir əl-Bağdadi həmçinin müraciətində İŞİD döyüşçülərinin öldürülməsində və onların tutulmasında iştirakı olan insanlardan qisas alacağını söz verib.
Baquz uğrunda döyüş 2019-cu ilin fevralında Suriya demokratik qüvvələrinin və Amerika koalisiyasının iştirakı ilə başlayıb. Martın 23-də Suriya hərbçiləri əməliyyatın başa çatdığını elan ediblər. Baquz İŞİD-in Suriyadakı son qalası hesab edilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB