İndoneziya hökuməti paytaxtı dəyişməyə qərar verib

İndoneziya hökuməti paytaxtı dəyişməyə qərar verib

İndoneziya prezidenti ölkə paytaxtının Yava adasından başqa yerə köçürülməsinə dair qərar qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin planlaşdırma naziri Bambanqa Brodjoneqoro Nazirlər Kabineti toplantısından sonra təşkil etdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, paytaxtın köçürülməsi on il davam edə bilər. Nazir bu işdə təcrübəsi olan Braziliyanı, Malayziyanı və Qazaxıstanı nümunə çəkib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə