Şri-Lankada komendant saatı ləğv edildi

Şri-Lankada komendant saatı ləğv edildi

Şri-Lanka hökuməti son baş verən 3 partlayışdan sonra Kalmunay və onun ətrafında yerləşən bölgələrdə elan edilən komendant saatını ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkə polisi açıqlayıb.

Məlumata görə, komendant saatı bu gün səhər saatlarında ləğv edilib.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada 8 partlayış hadisəsi nəticəsində rəsmi açıqlamalara görə, 250-260 nəfər həlak olmuşdu. Baş verənlərə görə məsuliyyəti “İslam dövləti” terror qruplaşması öz üzərinə götürüb. Aprelin 26-da da ölkənin Kalmunay bölgəsində 3 partlayış hadisəsi baş vermişdi. Bu hadisələrdən sonra həmin ərazidə komendant saatı elan edilmişdi. Hökumət baş verənlərdə şübhəli bilinən 20 nəfəri saxlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə