Amerika Birləşmiş Ştatlarında 2020-ci ildə keçiriləcək prezident seçkilərində bu ölkənin keçmiş vitse-prezidenti Co Bayden də iştirak etmək niyyətindədir.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, o, bu sahədə Demokrat partiyası üzvlərinin və tərəfdarlarının dəstəyindən istifadə etmək istəyir.
“Vaşinqton Post” qəzetinin yazdığına görə, Baydeni 17% demokratlar və onların tərəfdarları müdafiə edir. İkinci yerdə isə 11% dəstəklə Berni Sanders gedir. Digər demokrat namizədlər isə 5% və ya ondan aşağı göstərici ilə dəstək qazanıblar.
“ABC” telekanalı qeyd edir ki, Bayden və Sandersin liderliyi təsadüfi deyil. Belə ki, 20 nəfərlik demokrat siyahısında ən tanınmışlar məhz bu iki şəxsdir.
ABŞ qanunvericiliyinə görə, partiya prezident seçkilərində yalnız bir namizədlə çıxış edə bilər. ABŞ prezidentliyi və vitse-prezidentliyinə namizədi müəyyən etmək məqsədilə 13-16 aprel 2020-ci il tarixlərində Demokratlar Partiyasının qurultayı keçiriləcək.
ABŞ prezidentinin seçkiləri isə 3 noyabr 2020-ci ilə təyin olunub.
Bu, Baydenin 3-cü seçki kampaniyası olacaq. Onun 1988 və 2008-ci illərdəki cəhdləri uğursuzluğa düçar olub. 2016-cı ildə isə o, oğlunun vəfat etməsi səbəbindən seçkiqabağı yarışmada iştirakdan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB