Prezidentliyə 9 namizəd var

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkə prezidenti olmaq uğrunda mübarizə aparmaq istəyən şəxslərdən ərizə qəbulunu başa çatdırıb.

SİA-nın Qazaxıstan kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, MSK-ya növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 9 nəfər ərizə ilə müraciət edib.

Ərizə qəbulu 10-28 aprel 2019-cu il tarixlərində davam edib.

Namizədlərin içərisində Qazaxıstanın hakim”Nur Otan” partiyasının namizədi, ölkənin hazırkı prezidenti Comərt Tokayev də var.

Mayın 11-də prezidentliyə namizədlərin seçkiqabağı təbliğatına start veriləcək. Seçkilərə 24 saat qalmış təbliğat-təşviqat kampaniyalarına son veriləcək. Seçkilər iyunun 9-da baş tutacaq.

Ölkə konstitusiyasına görə, prezident 5 illik müddətə seçilir. Prezidentliyə namizədin ən azı 40 yaşı olmalı, son 15 ildə bu ölkədə yaşamalı və ana dilində sərbəst danışmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə