Bu tıxaca görə Avstriya iqtisadiyyatı hər saatda 760 min avro itirir
Almaniyanın Avstriya ilə sərhəddə tətbiq etdiyi nəzarət nəticəsində yaranan tıxaclar Avstriya iqtisadiyyatına külli miqdarda zərər vurur. Valserberq sərhəd-keçid məntəqəsində davamlı nəzarət iki ölkə arasında sərnişin və yük nəqliyyatının bu əsas damarında tez-tez tıxaclara səbəb olur. Avstriya İqtisadiyyat Palatasının hesablamalarına görə, tıxacların hər saatı Avstriya iqtisadiyyatına orta hesabla 760 min avro zərər vurur. İqtisadiyyatının 60 faizinin ixracat üzərində qurulduğu və ixrac olunan malların da əsas hissəsinin Almaniyaya göndərildiyi nəzərə alınsa, bu vəziyyətin həm ölkə üçün, həm də qiymətlərin bahalaşmasından əziyyət çəkən müştərilər üçün arzuedilməz hal olduğu qeyd edilib.
Avstriya tərəfindən etirazlara baxmayaraq, Almaniya qonşu ölkə ilə sərhəd nəzarətinin müddətini bu ilin noyabr ayına qədər uzadıb. Bu isə iki ölkə arasında əsas sərnişin və yük daşımalarının həyata keçirildiyi dörd mühüm magistral yolda tıxacların davam edəcəyini göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB