Yaponiyada zəlzələ olub

Yaponiyanın Xokkaydo adasında 5,4 bal gücündə zəlzələ baş verib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla saat 17.24-də (Bakı vaxtı ilə 21:24) qeydə alınıb. Zəlzələnin episentri Sidzunay şəhərinin 46 km şimal-şərqində olub. Yeraltı təkanların ocağı isə 121.5 km dərinlikdə olub.

Mümkn tələfat və dağıntı barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə