Şri-Lanka prezidenti Maytripala Sirisena ölkədə fəaliyyət göstərən iki qruplaşmanın fəaliyyətinin qadağan edilməsi barədə qərar verib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bunlar Milli Tövhid Məclisi (National Thawheed Jammath - NTJ) və İbrahimin Milad Camaatlığı (Jamathei Millathu Ibraheem) (JMI) təşkilatlarıdır.
Məlumatda bildirilir ki, ləğv edilən təşkilatların əmlakları dövlət tərəfindən müsadirə olunacaq.
Əvvəl yayılan xəbərlərdə Şri-Lanka hökumətinin ötən həftə sonu baş vermiş terror hadisələrinə görə məhz NTJ təşkilatını ittiham etdiyi deyilirdi.
Qeyd edək ki, aprelin 26-da Şri-Lankanın Kalmunay şəhərində 3 yeni partlayış baş verib. Bundan sonra ölkə polisi adanın şərqində komendant saatı tətbiq edib. Ada rəhbərliyi partlayışlarda şübhəli bilinən 20-ə yaxın şəxsi həbs edib.
Əlavə edək ki, ötən bazar ölkənin dini məbədlərində keçirilən bayram tədbirləri zamanı 8 müxtəlif yerdə terror hadisəsi qeydə alınıb. Nəticədə 250-260 nəfər həyatını itirib. İstintaq məlumatlarına görə, bu partlayışları 9 terrorçu-kamikadze həyata keçirib . Artıq onlardan 8-inin şəxsiyyəti dəqiqləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB