Rusiyanın Xabarovsk şəhərində Kalinka hava limanında Yak-18 təyyarəsinin qəzaya uğraması nticəsində iki nəfər həyatını itirib. SİA-nın verdiyi məlumata görə, ölənlərin birinin soyadı Lankindir. Hər ikisi Xabarovsk sakinləri olub.
Hadisə yerli vaxtla saat 16: 00-da baş verib. Hadisə yerinə xilasedicilər və kriminologlar cəlb edilib. Faktla bağlı "Hava nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi üzrə cinayət işi başlanıb.
Müstəntiqlər üç versiyasını nəzərdən keçirirlər: pilotun səhvi, texniki nasazlıq və mənfi hava şəraiti.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB