Rəqqa şəhərində əksər üzvlərini kürd döyüşçülər təşkil edən "Suriya Demokratik Qüvvələrinə" qarşı hücum təşkil edilibpartlayış törədilib. SİA əl-Məyadin telekanalına istinadla xəbər verir ki, kürd bölmələrinə qarşı partlayış Rəqqa şəhərində Kənd Təsərrefatı İdarəsinin qarşısnda törədilib.
Bu partlayışda SDQ-in azı 10 döyüşçüsünün öldüyü bildirilir. Partlayışı hələ heç bir qruplaşma üzərinə götürməyib.
Son həftələrdə Rəqqa şəhəri yerli əhalinin kürd bölmələrinə qarşı etiraz aksiyalarının şahidi olub. Bildirək ki, SDQ və YPG 2017-ci ildə ABŞ koalisiyasının dəstəyi ilə əhalisinin çoxu ərəb olan Rəqqa şəhərini ələ keçirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB