Donetsk ərazisindəki "Sxidkarbon" şaxtasında dağıntılar altında qalmış 13 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılıb, digər 4 şaxtaçının axtarışları davam etdirilir. SİA-nın "TASS" agentliyinə istinadən məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, aprelin 25-də "Sxidkarbon" şaxtasında metan qazının partlaması zamanı torpaq qatı çöküb. Nəticədə 17 şaxtaçı ilə əlaqə kəsilib. Yerli rəsmilərin müraciəti ilə xilasetmə işlərində Rusiyadan mütəxəssis qrupu da cəlb olunub və hadisənin ilk günündə ölənlərdən beşinin meyiti çıxarılıb.
Qeyd edək ki, hadisə baş verən ərazi rusiyameylli separatçıların nəzarəti altındadır,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB