Fırtına nəticəsində İrlandiyada uçuşlar ləğv olunub

Fırtına nəticəsində İrlandiyada uçuşlar ləğv olunub

"Hannah" fırtınası İrlandiyanın qərb sahilində yaşayan 10 min sakini elektrik enerjisiz qoyub. SİA-nın məlumatına görə, fırtına nəticəsində ölkə ərazisində uçuşlar ləğv edilib. Böyük Britaniyanın Meteorologiya İdarəsi Şimali İrlandiyada bəzi evlərin sel və daşqın axınına məruz qaldığını açıqlayıb.

Fırtınanın cənubi Uels və cənub-qərbi İngiltərəyə də təsir edəcəyi barədə məlumatlar yayılıb. Dəmir yolu, hava və su nəqliyyatında pozulma hallarının olacağı haqqında bildiriş edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə