ABŞ-ın Dövlət katibi Mayk Kompeo və Qazaxıstanın Milli Təhlkəsizlik Komitəsinin sədri Kərim Məsimov Vaşinqtonda görüş keçiriblər.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, görüş zamanı ikitərəfli əlaqələr, Əfqanıstan və Qərbi Çin məsələləri müzakirə olunub. Həmçinin, görüş zamanı Qazaxıstanda prezident vəzifəsi ilə bağlı Nazarbayevin atdığı tarixi addım və iyun ayında baş tutacaq növbədənkənar prezident seçkiləri də müzakirə mövzusu olub.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, Pompeo Qərbi Çində insan hüquqlarının kobud şəkildə pozulmasına və aparılan siyasət nəticəsində etnik qazaxların daha çox çətinliklərlə rastlaşması məsələsinə diqqət yetirib.
Qeyd edək ki, Qazaxıstana 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev bu il martın 20-də könüllü olaraq vəzifəsindən gedib. Onun səlahiyyətləri parlamentin yuxarı palatasının sədri Kasım-Comərt Tokayevə həvalə olunub. Ölkə üzrə növbədənkənar prezident seçkiləri isə cari ilin 9 iyun tarixinə təyin olunub. Hal-hazırda, Tokayev də daxil olmaqla, 5 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB