Tramp açıqladı: "ABŞ bu razılaşmadan çıxacaq"

Tramp açıqladı: "ABŞ bu razılaşmadan çıxacaq"

ABŞ Prezidenti Donald Tramp vacib bir qərarla gündəmə gəlib. Belə ki, Ağ Ev rəhbəri bəyan edib ki, ABŞ Beynəlxalq Silah Ticarəti razılaşmasından çıxacaq. “BMT yaxın zamanda ABŞ-ın bu müqavilədən çıxması ilə bağlı rəsmi açıqlama verəcək”, - deyə Tramp bildirib.

Qeyd edək ki, BMT nəzdində 2013-də imzalanan sözügedən müqavilə beynəlxalq silah ticarəti və transferi ilə bağlı standartları müəyyən edir. Anlaşmanı 130 ölkə imzalasa (o cümlədən ABŞ) da, 101-i bu müqavilənin öhdəliklərinin icrasına razı olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə