Moskva Venesuelaya qarşı sanksiyalardan narahatdır

Moskva Vaşinqtonun Venesuela Xarici İşlər naziri Xorxe Arreasa münasibətdə sanksiyaların tətbiqindən narahatdır.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi öz şərhində ABŞ-ı adı çəkilən Latın Amerikası ölkəsinə qarşı təhdid və gərginliyi artırmaq siyasətindən əl çəkməyə çağırıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi məlumat yayıb ki, Vaşinqton Venesuelanın Xarici İşlər nazirinə və hakim Karol Padilyaya qarşı sanksiyalar tətbiq edib. Arreas 2017-ci ildən Venesuelanın xarici işlər naziridir.

Rusiya XİN-nin məlumatında daha sonra deyilir: “ABŞ-ı beynəlxalq hüquq prinsiplərinə əməl etməyə, Venesuelaya qarşı təhdid və gərginliyi artırmaq siyasətindən əl çəkməyə çağırırıq. Dünya ictimaiyyətini Venesuela daxili dialoq üçün birgə səylərini artırmağa çağırırıq. Buna heç bir alternativ yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə