İtaliyalı nazir: "Avropa Birliyində Rusiyanı görmək istəyirəm"

"Avropa Birliyinin qapısında gözləyən Türkiyəni deyil, mədəniyyəti və tarixi Avropaya daha yaxın Rusiyanı görməyi üstün tuturam." Axar.az xəbər verir ki, bu açıqlama ilə İtaliya Daxili İşlər naziri Matteo Salvini çıxış edib.

"Bəzi media qurumları hələ də guya mövqeyim üçün aldığım rublu axtarır. Halbuki bunu tamamilə pulsuz edirəm, çünki Rusiyaya tətbiq olunan sanksiyalar heç bir işə yaramır, hətta İtaliya iqtisadiyyatına və Avropa qitəsindəki problemlərin həllinə ziyan vurur", - Salvini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə