Mixail Qorbaçov ölüm yatağındadır

Keçmiş SSRİ-nin ilk və son prezidenti, Bakıda Qanlı Yanvar hadissəsinin törədilməsində birbaşa günahkar olan Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib. Bu barədə TASS agentliyi Qorbaçov haqqında ilk filmin rejissorlarından biri Andre Sinqerə istinadən məlumat verib.

Rejissor eks-prezidentin “Tanış olun, Qorbaçov” filminin premyerasına gələ bilmədiyini, həkimlərin ciddi nəzarətində olduğunu yazıb: “Onun xəstəxanadan çıxmasına həkimlər icazə verməyiblər. 88 yaşlı siyasətçi özünü yaxşı hiss etmir”.

Eyni zamanda Qorbaçov Fondunun nümayəndəsi bu məlumatın doğru olmadığını bildirib. O qeyd edib ki, bu gün siyasətçi ilə iki saat zaman keçirib.

Mixail Qorbaçov 1990-cı il martın 15-də Sovet İttifaqının tarixində ilk və son dəfə olaraq prezident seçilib. 2017-ci ildə verdiyi müsahibələrdən birində Qorbaçov Qərb ölkələrində Rusiyadan daha çox tanındığını söyləsə də, “Qərb ölkələrinə köçməyəcəyini, ömrünün sonuna qədər Rusiyada yaşayacağını” vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə