Türkiyənin ən böyük şirkətlərindən biri olan "Vestel" artıq pilotsuz təyyarə istehsal edəcək. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, şirkətin Türkiyənin Müdafiə Nazirliyi ilə əldə etdiyi razılaşmaya əsasən qısa vaxt ərzində "Vestel" firması "Qarayel" adlı pilotsuz təyyarə istehsal edəcək. Şirkətin rəhbəri Əhməd Nazif Zorlu bildirib ki, işlər üç istiqamətdə aparılacaq: kiçik təyyarə, təlim və taktiki pilotsuz təyyarələr: " Bütün işlər türk mütəxəssislər tərəfindən həyata keçiriləcək".
İmzalanma mərasimində iştirak edən Türkiyənin müdafiə naziri Vecdi Könül bildirib ki, pilotsuz təyyarənin istehsalından sonra rəsmi Ankara artıq xaricdən bu tip təyyarələri almayacaq.
Qeyd edək ki, "Qarayel" adlı pilotsuz təyyarə 80 kilo ağırlığında yükü daşımaqla 20 saat ərzində 22 min funt hündürlükdə uça biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB