Karib dənizində kiçik həcmli gəminin qəzaya uğraması nəticəsində ən azı 33 nəfər itkin düşüb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, gəmidəkilər Venesuela vətəndaşları olublar. Onların hansı səbəbdən gəmiyə mindikləri dəqiqləşdirilir.

Hazırda itkin düşənlərin axtarışları həyata keçirilir.

Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə