Növbəti gəmi qəzası: 33 itkin

25 Aprel 2019 22:24 (UTC+04:00)

Karib dənizində kiçik həcmli gəminin qəzaya uğraması nəticəsində ən azı 33 nəfər itkin düşüb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, gəmidəkilər Venesuela vətəndaşları olublar. Onların hansı səbəbdən gəmiyə mindikləri dəqiqləşdirilir.

Hazırda itkin düşənlərin axtarışları həyata keçirilir.

Qəzanın səbəbləri araşdırılır.