Zelenski seçkilərdən sonra ilk beynəlxalq görüşünü keçirib

Ukraynada keçirilən prezident seçkilərinin qalibi Vladimir Zelenski seçkilərdən sonra ilk beynəlxalq görüşünü keçirib.

SİA-nın Zelenskinin seçki qərargahına istinadən verdiyi məlumata görə, gələcək prezident Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus ilə görüşüb.

Bu Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin ilkin nəticələrini elan etməsindən sonra Zelenskinin ilk beynəlxalq görüşüdür.

Litva Xarici İşlər naziri qeyd edib ki, Qərb Ukraynadakı korrupsiyaya qarşı mübarizəni diqqətlə izləyir.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçirilib. Seçkidə mübarizə indiki prezident Petro Poroşenko ilə birinci turun qalibi Vladimir Zelenski arasında gedib. Ukrayna MSK-nın məlumatına görə, Zelenski seçicilərin səsinin 73,22%-ini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə