Kolumbiyanın Sardinata bölgəsindəki kömür mədənində qəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mədəndə olan 21 işçinin hamısı ölüb. Bölgənin bələdiyyə başçısı dağıntılar altından 4 cəsədin çıxarıldığını bildirib.
Eyni mədəndə 2010-cu il oktyabr ayında baş verən qəza zamanı isə 6 şaxtaçı həyatını itirmişdi. Venesuela sərhədinə yaxın olan Sardinatanın 25 minlik əhalisi gəlirlərini kömür mədənlərindən əldə edir. Dünyanın ən böyük beşinci kömür istehsalçısı Kolumbiyada keçən il baş verən mədən qəzalarında yüzdən çox şaxtaçı ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB