Rusiya son 10 ildə Əfqanıstan, Pakistan və İraqdan sonra ən çox terror hücumunun baş verdiyi ölkə olub. SİA-nın məlumatına görə, Böyük Britaniyanın "Time" qəzeti yazır ki, bunun səbəbi, Kremlinin mənimsədiyi terrorla mübarizə strategiyasıdır. Moskvanın islami terror dalğası ilə qarşı-qarşıya olduğu hamının qəbul etdiyi bir şeydir. ABŞ-ın keçmiş prezidenti Corc Buş və İngiltərənin keçmiş baş naziri Toni Bleyr son 10 il ərzində Rusiyadakı terror hücumlarını "Əl Qaidə" ilə əlaqələndirirdi. Rusiyanın terrora qarşı mübarizəsi çox vaxt günahsız insanları da məhv etdi və bu beynəlxalq ictimaiyyətdə tənqid görmədi.
Rusiyanın Çeçenistanla olan probleminə daha dərindən baxsaq, bunun islamla əlaqəsinin olmadığını görərik. Təxminən 200 il əvvəl Rusiya imperiyası müstəmləkə sahəsini Çeçenistana çatdırdı. Uzun sürən qanlı müharibədən sonra çeçenlər 1859-cu ildə rusların idarəsi altına keçməyə məcbur oldular. Çar Rusiyasının dağılmasından sonra Çeçenistan 1918-ci ildə müstəqilliyini elan etdi. 1920-ci ildə bölgəni yenidən işğal edən Vladimir İliç Lenin müstəqillik hərəkatını boğdu. Lenini əvəzləyən İosif Stalin daha mərhəmətsiz davranaraq 1944-cü ildə təxminən yarım milyon çeçeni Orta Asiyaya sürgün etdi və evlərini uçurdu. Ancaq kimliyini və soykökü ilə əlaqəsini itirməyən çeçenlər 1950-ci illərdə Nikita Xruşovun baş katib olduğu dövrdə geri qayıtdı.
SSRİ-nin dağıldığı 1990-cı illərdə çeçenlər müstəqil olmaq üçün bir araya gəldi. 20 il davam edən qarşıdurmalar iki böyük müharibəyə səbəb oldu, on minlərlə çeçen öldü, Çeçenistanın paytaxtı Qroznı dağıdıldı. Nəhayət ki, Çeçenistan rəhbərliyinə diktator Ramzan Kadirovu gətirən Rusiya burada qorxuya söykənən bir rejim qurdu. Çeçenistanda müstəqillik hərəkatının əzilməsi radikal islama yol açdı. Qorxunun nə olduğunu bilməyən çeçen qruplar idarəolunmaz hala gəldi. Çeçenistan anarxiyanın hakim olduğu bir yerə çevrildi.
Hava limanına hücumdan sonra Rusiya baş naziri Vladimir Putin "bu hücumun intiqamı alınacaqdır" deməklə terrorun bir sonrakı mərhələsi üçün zəmin hazırladı. Rusiya Çeçenistan probleminin həllinə güc deyil, başqa bir yanaşma sərgiləsəydi, siyasi bir dialoq qurmağa çalışsaydı və ya çeçenlərə daha geniş muxtariyyət versəydi, bu gün vəziyyət başqa cür ola bilərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB