Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya respublika suverenliyinin “qalasıdır”.
SİA-nın məlumatına görə, bir gün əvvəl o, bu sözləri xalqa və ölkə parlamentinə müraciətində deyib: “Ölkəni məhv etməyə cəhd edən hər bir şəxs Belarus xalqı tərəfindən lənətlənəcək, İstər prezident olsun, istərsə də hökumət”.
Lukaşenkonun sözlərinə görə, onun sözləri bir neçə siyasətçini, o cümlədən Rusiyadakı bəzi siyasətçiləri narahat edib.
Belarus lideri bildirib ki, onun sözləri Rusiyaya qarşı yox, Belarusu məhv etmək istəyənlərə qarşı yönəlib.
Prezident daha sonrta deyib: “Mən səmimi deyirəm, başa düşdüyüm qədər, Rusiya həm də bizim suverenliyimizin qalasıdır”.
Onun sözlərinə görə, əgər bir şey olarsa, "biz Rusiya ilə birlikdə xəndəklərdə olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB