Fələstin Səhiyyə Nazirliyi: "Ən azı 46 nəfər yaralanıb"

Fələstin Səhiyyə Nazirliyi: "Ən azı 46 nəfər yaralanıb"

Qəzza sektorunun şərq sərhədlərində İsrail hərbçiləri ilə toqquşmalarda ən azı 46 fələstinli nümayişçi yaralanıb.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə həmin xəbər agentliyinə Fələstin Səhiyyə Nazirliyindən bildirilib.

Yaralılardan 5-nin təcili tibbi yardım əməkdaşı, 4 nəfərinin isə jurnalist olduğu qeyd olunub. Həmçinin, bir azyaşlının başından yara aldığı haqda da məlumat yayılıb. İsrail əsgərlərinin tətbiq etdiyi gözyaşardıcı qaz səbəbindən onlarla şəxs zərər çəkib.

Qeyd edək ki, martın 30-dan Qəzza sektoru ilə sərhəddə başlayan etirazlar hər həftə sonu olmaqla davam etdirilir və İsrail əsgərləri ilə müvafiq toqquşmalara tez-tez rast gəlinir.

Təşkilatçıların hesablamalarına görə, son bir il ərzində İsrail əsgərləri ilə toqquşmalarda 250 fələstinli qətlə yetirilib, təxminən 20 min nəfər yaralanıb və onlardan 15 min nəfəri xəstəxanalara müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə