Avtobus qəzasında ölü sayı: 28 nəfər

Portuqaliyanın Baş naziri Antoniu Koşta ölkəsinin Madeyra adasında baş vermiş avtobus qəzasında 28 nəfərin həlak olması ilə əlaqədar başsağlığı verib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Koşta özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. Koşta fikirlərini bu cür ifadə edib: “Portuqaliya hökuməti adından bu qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Mən artıq Almaniya kansleri Ahgele Merkelə də başsağlığı verməklə öz hisslərimi bildirmişənm”.

Qeyd edək ki, Portuqaliyanın Madeyra adasındakı Santa-Kruş rayonunda turist avtobusunun qəza törətməsi nəticəsində əvvəlcə 9 nəfərin həlak olduğu bildirilsə də sonradan bu rəqəm 28-ə çatıb. Həlak olanlardan 11 nəfəri kişi, 17 nəfəri isə qadındır və onların əksəriyyətinin Almaniya vətəndaşı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə