Lavrov Suriya ilə bağlı Konstitusiya komissiyası yaratmağı təklif edib

Lavrov Suriya ilə bağlı Konstitusiya komissiyası yaratmağı təklif edib

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Suriyada yaranmış vəziyyət yaxın gələcəkdə bu ölkədə konstitusiya komissiyasının formalaşmasına mane olmur.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nazir Moskvada keçirilən mətbuat konfransında daha sonra deyib: "Konstitusiya komissiyası yaxın gələcəkdə formalaşmalıdır, bu gün dünyada baş verən hadisələr bunun qarşısını almır".

Baş diplomatın sözlərinə görə, Suriyadakı vəziyyət artıq sabitləşib, lakin hələ də bir sıra problemlərin həlli vacibdir.

Lavrov İdlibdəki vəziyyətə də toxunub: "Rusiya-Türkiyə razılaşmaları əsasında İdlibdə terrorçu ocaqlarının ləğvi problemini həll etmək məcburiyyətindəyik. Terrorçular həmişəlik orada qala bilməzlər. Bunu hamı başa düşür.

Bundan əlavə, Suriyanın şimal-şərqindəki – Fıratın sol sahilindəki problemi həll etmək, orada Suriya hökumətinin nəzarətini bərpa etmək, kürdlərlə dialoq qurmaq və eyni zamanda, Türkiyənin təhlükəsizlik maraqlarını təmin etmək lazımdır”.

Rusiya Astana formatına uyğun olaraq əsas tərəfdaşları Türkiyə və İranla, həmçinin BMT-nin Suriya üzrə xüsusi elçisi ilə birlikdə konstitusiya islahatını hazırlamaq üçün Suriyada Konstitusiya Komitəsinin yaradılması üzərində işləyir. 2018-ci ilin sentyabrında üç ölkənin nümayəndələri komissiyanın hökumət və müxalifətdən olan iştirakçılarının siyahısını razılaşdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə