Həbsxanada kütləvi qiyam olub

Venesulanın Nueva-Esparta ştatında həbsxanada kütləvi qiyam hadisəsi baş verib. Nəticədə iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, təxminən 60 məhkum soyuq silahla həbsxananın iki mühafizəçisinə hücum edib. Yaralanmış hər iki mühafizəçi hospitala yerləşdirilib. İlkin məlumatlara görə, məhkumlardan biri qətylə yetirilib.

Qaçan məhkumlar həbsxananın karaul hissəsindəki silahları ələ keçiriblər və ərazini tərk ediblər.

Hal-hazırda məhkumların axtarışı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə