Fransa prezidenti Emmanuel Makron xalqa bugünkü müraciətində Parisdə baş vermiş yanğın səbəbindən dağılmış Notr-Dam kilsəsini 5 il ərzində bərpa etdirmək niyyətində olduğunu bildirib.
SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Makron xalqa müraciətində deyib: “Biz Notr-Dam kilsəsini əvvəlkindən də gözəl edəcəyik. Həmçinin,mən bu işin 5 il ərzində başa çatmasını istəyirəm. Biz səfərbər olacağıq və bu işin öhdəsindən gələcəyik”.
Qeyd edək ki, Notr-Dam kilsəsində aprelin 15-də baş vermiş yanğında Müqəddəs Ana Katedralı tamamilə dağılıb. Fransa prokurorluğu yanğın faktı ilə bağlı cinayət işi başladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB