Pakistanda qum fırtınası 25 nəfərin həyatına son qoyub

Pakistanda qum fırtınası 25 nəfərin həyatına son qoyub

Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində və onun ətrafında baş verən güclü qum-toz fırtınası və leysan yağışları nəticəsində həlak olanların sayı 25 nəfərədək artıb. Dawn qəzeti yazır ki, ən çox dağıntı doqquz nəfərin həlak olduğu Kəraçidə və Pəncab vilayətində qeydə alınıb. Təbii fəlakət nəticəsində, həmçinin 9 balıqçı itkin düşüb. Sonradan onların beş nəfəri xilas edilib.

Kəraçi şəhəri rayonunda bazar günü gecə başlayan fırtına səhəri gün də davam edib. Güclü külək şəhərin bir neçə rayonunda ağacları və elektrik dirəklərini aşırıb. Hazırda yol hərəkətini bərpa etmək üçün küçələrdə təmizləmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə