"İsrail və Fələstin liderlərinin görüşünü keçirməyə hazırıq" Lavrov

"İsrail və Fələstin liderlərinin görüşünü keçirməyə hazırıq" Lavrov

Rusiya ilkin şərt olmadan ərazisində İsrail və Fələstin rəhbərlərinin görüşünü təşkil etmək niyyətini təsdiqləyir. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Rusiya, Fələstin və İsrail liderlərinin bizim ərazimizdə heç bir ilkin şərt olmadan görüşməklə bağlı dəvətini təsdiq edir", deyə Lavrov Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Abul Geytlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə