Lukaşenko Türkiyəyə rəsmi səfərə gedib

Lukaşenko Türkiyəyə rəsmi səfərə gedib

Belarus lideri Aleksandr Lukaşenko Türkiyəyə rəsmi səfərə gedib. SİA-nın verdiyi məlumata görə, dövlət başçısının təyyarəsi Ankara Beynəlxalq Hava Limanına enib, burada Lukaşenkonu Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdemirli, Ankara şəhəri və Ankara vilayətinin rəhbərliyi qarşılayıb.

Lukaşenkonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir. Görüşdə ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə