Baş nazir Notr-Dama görə təcili iclas çağırdı

Baş nazir Notr-Dama görə təcili iclas çağırdı

Fransanın Baş naziri Eduar Filipp hökumətin iclasını keçirir. SİA-nın məlumatına görə, iclas Notr-Dam kilsəsinin yanğından sonra bərpası işlərin həsr olunub.

İclasda Fransanın mədəniyyət naziri Frank Riester, Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes və digər rəsmilər iştirak edirlər.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə