Sankt-Peterburqda ticarət mərkəzinin damı uçub

Sankt-Peterburqda ticarət mərkəzinin damı uçub

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Okey" ticarət mərkəzində uçqun baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ticarət mərkəzinin dam örtüyünün üzərinə yığılmış qar qatını təmizləyən zaman dam örtüyünün konstruksiyaları təxminən 500kv.m sahədə dağıntıya məruz qalıb. Ərazidə aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1 cəsəd çıxarılıb. Azı 14 nəfərin yaralandığı qeyd olunur. Həlak olanların sayının artacağı istisna edilmir. Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, 2002-ci ildə istismara verilmiş ticarət mərkəzində baş vermiş hadisəyə binanın düzgün istismar olunmaması səbəb olub.

 

Eyni zamanda Rusiyanın Omsk vilayətinin inzibati mərkəzi olan Omsk şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın baş verib. Ümumi sahəsi təxminən 1000kv.m olan ikimərtəbəli binanın yanar konstruksiyaları tamamilə yanıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun digər ərazilərə keçməsinin qarşısını almağa müvəffəq olub. İlkin məlumata görə, xəsarət alan və ölən yoxdur. Yanğının başvermə səbəbi barədə məlumat verilmir. Hadisə nəticəsində dəymiş ziyan və yanğının baş vermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə