Misir prezidenti Hüsnü Mübarəkin oğlu Camal Mübarək ailəsi ilə birlikdə İngiltərəyə qaçıb. SİA-nın məlumatına görə, mərkəzi ABŞ-da yerləşən "Əxbar Əl-Ərəb" xəbər saytı 46 yaşlı C.Mübarəkin ölkəni tərk etdiyini xəbər verib.
2000-ci illərin əvvəllərində siyasətə gələrək sürətlə yüksələn prezidentin oğlu iqtidardakı Milli Demokratik Partiyanın ikinci adamıdır. Müxalifətin iddiaısına görə, C.Mübarək özünə yaxın adamları yüksək vəzifələrdə yerləşdirərək atasını əvəz etməyə hazırlaşır. Oğul Mübarəkin son illərdə vacib görüşlərdə atasının yanında olması və xüsusilə onun ABŞ-da təkbaşına yüksək səviyyəli görüşlər keçirməsi bu iddiaları gücləndirir.
Dünən ölkə miqyasında həyata keçirilən və on minlərlə insanın qatıldığı etiraz aksiyalarında biri hərbçi olmaqla üç nəfər ölüb. Təhlükəsizlik qüvvələri aksiyalara ilk dəfə çox sərt müdaxilə etməməsi ilə diqqət çəkib. Etirazçılar H.Mübarəkin əleyhinə şüarlar səsləndirərək onun dərhal istefasını tələb ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB