Misir prezidenti Əbdül Fəttah əs-Sisi Liviya milli ordusunun feldmarşalı Xəlifə Xaftarla görüşüb. Misir rəhbəri qeyd edib ki, ölkəsi Liviyada təhlükəsizliyin və sabitliyin təmin olunması üçün terrorizmə qarşı mübarizə səylərini dəstəkləyir.
Bildirilib ki, Misir prezidenti Liviyada bütün ölkə ərazisində xalqın mənafeyinə uyğun təhlükəsizliyə və sabitliyə nail olunması və suveren ölkənin yaradılması üçün terrorizmə, ekstremizmə və üsyançı qruplaşmalara qarşı mübarizə sahəsindəki səyləri dəstəklədiyini təsdiq edib. Bu addım Liviyanın xalqının istəklərinə uyğun ölkənin ən müxtəlif sahələrdə bərpasının və dirçəlişinin başlanmasına imkan yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB