Əfqanıstanda dəhşətli partlayış: 7 uşaq ölüb!

Əfqanıstanda dəhşətli partlayış: 7 uşaq ölüb!

Əfqanıstan yenə qana boaynıb. Belə ki, ölkəninın şərqində yerləşən Laqman əyalətində partlayış nəticəsində azı 7 uşaq ölüb, daha 7-si isə yaralanıb. Bu barədə əyalət hökumətinin mətbuat katibi Əsədullah Dövlətzaya istinadən "Tolo News" telekanalı məlumat yayıb.

Bildirilir ki, partlamamış döyüş sursatlarının partlaması yerli vaxtla 17:00-da Mihtarlam şəhərinin kənarında evlərin həyətində baş verib. Həmin zaman orada uşaqlar oynayırmış. Başqa bir məlumata görə, partlayış nəticəsində 8 uşaq yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə