Liviyada ölənlərin sayı 121 nəfərə çatıb

Liviyada ölənlərin sayı 121 nəfərə çatıb

Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 121 nəfərə çatıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının "Twitter" səhifəsi məlumat yayıb. Məlumata görə, hərbi əməliyyatlar zamanı həmçinin daha 561 nəfər yaralanıb. Qeyd edək ki, marşal Xəlifə Haftar aprelin 4-də paytaxt Tripolini ələ keçirmək barədə əmr verib. Hərbi əməliyyatlar artıq 10 gündür davam edir. Daha əvvəl toqquşmalar zamanı 51 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, Liviya Prezident Şurasının sədr müavini Əli əl-Katrani istefa verdiyini açıqlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə