Çinin paytaxtı Pekinin şimalında 3,4 bal gücündə zəlzələ baş verib. SİA-nın Çinin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 12:47-də qeydə alınan yeraltı təkanların episentri Huayjou rayonunda, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB